2017-ci ildə avia uçuşun ən ucuz olacağı gün açıqlanıb. 2017-ci ildə avia uçuşun ən ucuz olacağı gün açıqlanıb.

Səyahət etməyi planlaşdıranların nəzərinə - Biletlərin ən ucuz və ən baha olacağı günlər

2017-ci ildə avia uçuşun ən ucuz olacağı gün açıqlanıb.

AzNews.az CheapAir.com-a istinadən xəbər verir ki, araşdırmalara əsasən, 6 iyun səyahət etmək istəyən insanlar üçün ən əlverişli tarix olacaq.

Xidmətin Baş direktoru Jeff Klinin sözlərinə görə, iyunun əvvəlləri bütünlüklə yay fəsli ərzində uçuşlar üçün ən az xərc çıxan müddət olacaq.

İyulun 9-da yola düşənlər isə təyyarə biletlərini il ərzində ən baha qiymətə almalı olacaqlar. Bununla yanaşı, əgər iyulda səfər mütləq xarakter daşıyırsa, bunun üçün iyulun 3, 4 və ya 5-i tarixlərini seçmək məqsədəuyğundur. Belə ki, bu günlərdə uçuşlar kifayət qədər ucuz başa gələcək. Avqust ayında təyyarə biletləri üçün xərcin ən az olacağı gün ayın 22-si, sentyabrda isə 12-si olacaq.

CheapAir.com-da qeyd olunur ki, artıq payızın ilk ayında avia uçuşlar üçün orta qiymət 7 fazi aşağı düşəcək.

Araşdırmalara əsasən, səyahət üçün ən bahalı ay dekabrdır. Səfərə may və noyabr aylarında getmək isə maddi baxımdan daha əlverişlidir.

Qeyd edək ki, fevral ayının əvvəllərində Avropa və Asiyaya olan aviareyslərə biletləri 5-7 ay əvvəldən almağın daha ucuz başa gəldiyi barədə məlumat yayılmışdı. Belə ki, bu halda təyyarə biletlərinə həqiqi dəyərinə nisbətdə 76 faizə qədər qənaət etmək olar.

Aydan AXUNDOVA