Tovuzda oğurluq etməkdə şübhəli bilinən gənc tutulub. Tovuzda oğurluq etməkdə şübhəli bilinən gənc tutulub.

Ev quşları oğurlayan gənc tutuldu

Tovuzda oğurluq etməkdə şübhəli bilinən gənc tutulub.

ARB TV xəbər verir ki, o, evlərdən nə qızıl, nə gümüş, nə pul... quş aparıb.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Əlimərdanlı kənd sakini 21 yaşlı İsmayıl Verdiyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Araşdırmalarla məlum olub ki, gənc müxtəlif vaxtlarda yaşadığı kənddə bir neçə sakinin hinindən ev quşları oğurlayıb. Düzdür, sakinlərə dəymiş ziyan ödənilib. Amma bu, Verdiyevi cəzadan xilas etməyib.

AzNews.az