19:14
(077) 610-22-33

DİN Əkrəm Əylislini qorumur

  • >
390 4 Fevral 2013 09:12 | Cəmiyyət


"Daş yuxular" əsəri ilə qalmaqala səbəb olan Xalq yazıçı Əkrəm Əylislinin təhlükəsizliyi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən hələlik heç bir tədbir görülmür.


DİN -in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzNews.az - a bildirib ki, hər bir şəxsin təhlükəsizlik tədbirləri ancaq onun müraciəti əsasında müəyyən edilir:

"Şəxs həyatına təhlükə hiss edərsə, yaşayış yeri üzrə hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etməlidir. Bu müraciət araşdırıldıqdan sonra əgər təhlükənin olduğu təsdiqini taparsa, tədbir görülür. İndiki halda Əkrəm Əylisli ərizə ilə müraciət edəcəyi təqdirdə ərizəsi araşdırılacaq".

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X