Gənclərin toplaşdığı «Araz» kafesi bağlanır

Bakının mərkəzində yerləşən, yazar və müxalif düşüncəli insanların daha çox gəlib-getdiyi "Araz" kafesinin təmirə bağlanması haqda məlumat əldə etmişik. AzNews.az xəbər portalını məlumatlandıran mənbənin sözlərinə görə, əslində bu bəhanədir və kafenin bağlanmasında əsas məqsəd aktiv gənclərin bir araya toplanmasının qarşısını almaqdır.

Məlumat üçün bildirək ki, həmin kafeyə toplaşan müxalif düşərgəli gənclərə qarşı buna qədər də müxtəlif önləyici tədbirlər həyata keçirilib, Belə ki, müxtəlif zamanlarda gənclər iddia ediblər ki, hər gün getdikləri "Araz" kafesində son zamanlar onlara qarşı pis münasibət göstərirlər. Menyuda olan yeməklər iki dəfə baha satılır, sadə çay verilmir. Personal onlarla pis davranır. Bunun məqsədli olduğunu iddia edən müxalif düşərgənin gəncləri dəfələrlə buqnunla bağlı açıqlamalar da veriblər.

Odur ki, indi "Araz" kafesinin gözlənilmədən təmirə bağlanması müəyyən şübhələrə yol açır.

Orxan
AzNews.az