- Köhnə - Cəmiyyət
- 4 Fevral 2013 09:43
- 1 969
Əkrəm Əylisli: “İstədiyim vaxt çıxıram, girirəm“
Xalq yazıçısı Əkrəm Əylisli AzNews.az-a açıqlamasında evində çox rahat olduğunu, təhlükəsizliyi üçün müvafiq quruma müraciət etmədiyini dedi: "Mənim üçün çox gülməlidir. Mənə niyə təzyiq olmalıdır? Mən evimdə çox rahatam. Ürəyim istədiyi kimi, istədiyim vaxtda çıxıram, girirəm. Hamı kimi rahat yaşayıram. Belə olan halda hüquq mühafizə orqanlarına niyə müraciət etməliyəm? Kiminsə mənimlə nə işi var? Yazıçı azaddır və bu qanunvericilikdə də öz əksini tapıb".
Bahar Rüstəmli
AzNews.az