17:16
(077) 610-22-33

İmişlidə ictimai fəalın evinə polis hücumu

  • >
260 4 Fevral 2013 15:23 | Cəmiyyət

İmişli rayonundan olan ictimai fəal Saleh Qafarlının yaşadığı evə polis gəlib. Bu barədə məlumatı Avropa.info-ya Saleh Qafarlının özü verib. S.Qafarlı deyib ki, polislər evə gələrkən onun özü evdə olmayıb.

"Polislər ailəmdən tələb ediblər ki, Salehi çıxarın evdən aparırıq. Ailəm mənim Bakıda olduğumu desələr də, polis təkid ediblər ki, Saleh bizimlə bölməyə getməlidir. Bu zaman ailə üzvlərim polisdən rəsmi çağırış vərəqəsinin göndərilməsini istəyiblər",-deyə S.Qafarlı bildirib.

S.Qafarlı deyib ki, polislər hələ də onun yaşadığı evin qarşısından getməyiblər.

AzNews.az
Bağla X