Tanınmış telejurnalist Zakir Sadatlı vəfat etdi

Azərbaycan jurnalistikasına ağır itki üz verib. Azərbaycanın tanınmış telejurnalisti, yazıçı Zakir Sadatlı bu gün dünyasını dəyişib.

APA-nın xəbərinə görə, Z. Sadatlı xeyli müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, fevralın 1-də Zakir Sadatlı qızına toy edib. Bu yaxınlarda isə yazıçının Əfqanıstanda 2 il ərzində gördüklərindən bəhs edən "Əfqanıstan uçurumu" adlı kitabı çapdan çıxıb. Lent.az-ın kitabxanası seriyasından nəşr olunan kitabın yaxın günlərdə təqdimatı keçiriləcəkdi.

Allah rəhmət eləsin!