06:48
(077) 610-22-33

Vahid Əziz: “Nə olub, indi də Əkrəm Əylislidir də…”

  • >
611 5 Fevral 2013 12:59 | Cəmiyyət

Xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" romanı ətrafında cərəyan edən prosesə şair Vahid Əziz də qoşuldu.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, Əkrəm Əylisli "Daş yuxular"ın dərc olunduğu "Durujba narodov" jurnalına verdiyi müsahibəyə görə, xalqın milli qəhrəmanlarından biri olub:

"Neçə gündür ki, bu məsələni reklam edib şişirdiblər. Ortada isə bir şey yoxdur. Bir anlığa tarixə baxaq. 1988-ci ildə Əkrəm Əylisli Azərbaycan-Ermənistan münasibətləri yaranmağa başlayanda həmin bu jurnalın redaktoru Sergey Baruzinə müsahibə vermişdi. Ondan sonra Əkrəm Əylisli bu millətin milli qəhrəmanlarından biri oldu. "Xalq yazıçısı", "İstiqlal" ordenlı, əməkdar incəsənət xadimi, parlamentin deputatı, Prezident təqaüdçüsü və s…Nə oldu? İndi də Əkrəm Əylislidir də. Niyə buna o vaxt əhəmiyyət vermədilər? Niyə indi əhəmiyyət verəsi oldular? O, həmin müsahibədə dediklərini bu gün roman şəklində yazıb.Görünür, Əkrəm Əylisli məsələsini şişirtmək kiməsə lazımdır. Digər tərəfdən isə hansısa ideoloji, respublikada cərəyan edən söz-söhbətə səbəb olan bəzi məsələlərdən camaatın diqqətini azdırmaq üçün Əkrəm Əylislini sünu şəkildə qabardırlar".

Bahar Rüstəmli
AzNews.az

Bağla X