04:52
(077) 610-22-33

Nigar Yaqublunun məhkəməsi başlayıb

  • >
598 5 Fevral 2013 15:24 | Cəmiyyət

Bu gün Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə müdafiə tərəfi çıxış edərək, N. Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmə istintaqının qismən təzələnməsi ilə bağlı vəsatətlər veriblər. Hakim məhkəmə istintaqının qismən təzələnməsi ilə bağlı vəsatəti təmin edib. Digər vəsatət isə təmin olunmayıb. Məhkəmə baxışı isə fevralın 21-nə təyin edilib.

Qeyd edək ki, Nigar Yaqublu ötən il sentyabrın 11-də saxlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N. Yaqublu 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan da məhrum olunub.

AzNews.az
Bağla X