16:12
(077) 610-22-33

AzNews.az-ın Əylislinin oğluyla bağlı məlumatı rəsmən təsdiqləndi

  • >
416 5 Fevral 2013 15:28 | Cəmiyyət

Gömrük Komitəsi Əkrəm Əylislinin oğlunun işdən çıxarıldığını təsdiqlədi




Dövlət Gömrük Komitəsi (DGK) yazıçı Əkrəm Əylislinin oğlunun- gömrük polkovnik-leytenantı Nəcəf Naibovun işdən çıxarıldığı barədə yayılan xəbərləri rəsmən təsdiqləyib.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada "Nəcəf Naibovun işdən çıxarılması haqda mətbuatda yayılan informasiya doğrudur"-deyə bildirlib. Həmçinin qeyd olunub ki, N.Naibov işdən öz ərizəsi ilə çıxıb. Komitədən "bundan əlavə heç nə deyə bilmərik" deyə qeyd ediblər.

Xalq yazıçısı Əkrəm Əylislinin oğlu Nəcəf Naibov Dövlət Gömrük Komitəsinin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş İdarəsində Aksiz şöbəsinin rəisi vəzifəsində çalışırdı. O, Moskvada Gömrük Akademiyasını bitirib.

Modern.az saytı məsələyə DGK-nin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabovdan da münasibət öyrənməyə çalışıb, amma dəfələrlə zəng etsək də, gömrük xidməti general-mayorunun köməkçisi onun yerində olmadığını vurğulayıb.

Əkrəm Əylisli bu günlərdə Rusiyanın "Drujba narodov" jurnalında çap etdirdiyi "Daş yuxular" romanı ilə Azərbaycanda böyük qalmaqal yaradıb.

AzNews.az
Bağla X