Bir neçə gündür ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürovanın toyu ölkə gündəmini zəbt edib. Bir neçə gündür ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürovanın toyu ölkə gündəmini zəbt edib.

Dəbdəbəli toyla gündəmə gələn cütlük bütün ittihamlara cavab verdi - Video

Bir neçə gündür ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürovanın toyu ölkə gündəmini zəbt edib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı xəbərlər yayılandan sonra Ayselin birinci həyat yoldaşı Elşən Əsgərov mətbuata çıxaraq Şükürovlar ailəsi haqqında ciddi ittihamlar səsləndirib, idarə rəisinin quldur dəstəsinin olduğunu, onun kürəkəninə “Porche” hədiyyə etdiyini iddia edib.

Bundan başqa, o, eks-həyat yoldaşı haqqında şəxsi münasibətlərlə bağlı bir neçə ittiham səsləndirib.

Bütün bunlarla əlaqədar Qüdrət Şükürovun həyat yoldaşı Aynur Şükürova, qızı Aysel Şükürova və onun əri Oktay Əhmədov “Qafqazinfo”nun redaksiyasına müraciət edərək səslənən ittihamlara cavab vermək istəyiblər.