Dalğa Gənclər Hərəkatının sədri və üzvləri saxlanılıb

Dalğa Gənclər Hərəkatının (DGH) sədri və iki üzvü saxlanılıb. APA-nın məlumatına görə, hərəkatın sədri və üzvlərinin Bakının mərkəzində - Nizami küçəsində və "Sahil" metrosunun yaxınlığında hərəkatın yaranmasının 8-ci ildönümü ilə əlaqədar gənclərin oxumalı olduğu kitabların adları qeyd olunan vərəqələr payladığı bildirilir.

Vərəqələri paylayan zaman hərəkatın sədri Saleh Mehdizadə və üzvləri Fərid Eyyubov, Kamran Həsənzadə saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıblar.

Bölmədən APA-ya bildirilib ki, saxlanılan şəxslər bölməyə gətirilir. Araşdırma aparılandan sonra açıqlama veriləcək.

AzNews.az