07:04
(077) 610-22-33

İcra başçısı 60 min sakinə müraciət göndərəcək

  • >
408 5 Fevral 2013 16:22 | Cəmiyyət

Binəqədi sakinlərinin problemlərini həll etmək üçün “qaynar xətt” yaradılıb







Binəqədi Rayon İcra Hakimiyyətində sakinlərin müraciətləri, şikayətləri, onları narahat edən elektrik, qaz, si və sair kimi məsələlərlə bağlı telefon vasitəsilə müraciət edə bilmələri üçün "1646-Sakinlərin müraciət xidməti" yaradılıb. Bu gün icra hakimiyyətində həmən bu yeni xidmətin təqdimatı keçirilib.
Xidmətin rəisi Anar Səfərov bildirib ki, zənglər ödənişsizdir və bütün zənglər avtomatik rejimdə qeydiyyata alınır. Fevralın 6-dan etibarən başlayacaq yeni xidmətlə bağlı ilk mərhələdə 60 min sakinin evinə bildirişlərin göndərilməsi planlaşdırılır. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından göndəriləcək bildirişlərdə xidmət barədə sakinlərə ətraflı məlumat verilir.

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət edəcək bu addım, həmçinin korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıracaq, dövlət qurumlarını məsuliyyətini artıracaq.

İcra başçısı Xaləddin İsgəndərov ayda bir dəfə daxil olan müraciətlərin araşdırılaraq Prezident Aparatı və aidiyyəti qurumlara məlumat göndəriləcəyini vurğulayıb. Beləliklə də ən çox hansı qurumla bağlı müraciətlərin daxil olduğunu müəyyən etmək mümkün olacaq.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X