ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış aparıcı Mətanət Əliverdiyeva maraqlı açıqlamalar verib. ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış aparıcı Mətanət Əliverdiyeva maraqlı açıqlamalar verib.

“Oğlum uşaqlı qadınla da evlənsə, qəbul edərəm” - Mətanət

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış aparıcı Mətanət Əliverdiyeva maraqlı açıqlamalar verib.

O, ilk olaraq verilişinə qonaq gələn müğənnilərin ondan inciməsindən danışıb:

"Bəzi kişi müğənnilər məndən incidi. Üzlərinə səhvlərini dediyim üçün xətirlərinə dəydi. Reklam fasiləsində mənə incidiklərini dedilər. Durub verilişi tərk edəcəklərini dedilər, mən də dedim buyurun gedin. Guya ki, bunlar doğulandan sənətkardır. Keçmişlərini unudublar. Sənətkar ayrı bir şeydir".

Daha sonra ailəsindən söz açan aparıcı, oğlanlarının yanında qalmayacağını da bildirib:

"Evlənəndən sonra uşaqlarımın yanında qalmayacam. Onlara və gəlinlərimə azadlıq verəcəm. Mən onların seçimlərinə qarışmayacam. Oğlum uşaqlı biriylə də evlənsə qəbul edəcəm. Bu, onun həyatıdır".

AzNews.az