16:07
(077) 610-22-33

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi illik hesabat verdi - Fotolar

  • >
559 20 Aprel 14:58 | Cəmiyyət

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Mərkəzin 1 illik fəaliyyətinin nəticələrinə dair mətbuat konfransı keçirib.

AzNews.az xəbər verir ki, V.Qasımlının sözlərinə görə İİTKM qısa müddətdə təşkilatlanma və kadr məsələlərini həll etdikdən sonra ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən hazırlanan reytinqdə dünyanın ən yaxşı beyin mərkəzlərinin sırasına daxil olub: “Hazırda İİTKM-də Harvard, London, Bonn və başqa nüfuzlu universitetlərdən məzun olmuş 10-a yaxın iqtisad doktoru fiskal, monetar, rəqabət, biznes mühiti, aqrar, sənaye, dövlət müəssisələri, elektron ticarət, xarici bazarlar və s. mövzularda tədqiqatlara cəlb olunublar. İİTKM-də aparılan tədqiqatlara Avropa İttifaqı, Dünya Bankı, BMT və başqa qurumların nüfuzlu ekspertləri cəlb ediliblər ki, bu da ölkədə islahatların gündəliyinin formalaşmasına töhfə verir. “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamına uyğun olaraq yaradılmış Komissiyanın fəaliyyətinin effektiv təşkil olunması istiqamətində İİTKM yaxından iştirak edir.”

Vüsal Qasımlı həmçinin bildirib ki, İİTKM Azərbaycanda inzibati rayonların iqtisadi fəaliyyət nəticələri və rəqabət qabiliyyətli sahələrinin müəyyən edilməsi və təhlilinin aparılması məqsədilə ilk dəfə olaraq regionların investisiya reytinqini tərtib edib. Reytinqin tərtib edilməsi zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilib və Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Dünya Rəqabətlilik İndeksinə oxşar yanaşma tətbiq edilib.

İcraçı direktor qeyd edib ki, Prezidentin 5 sentyabr 2016-cı il tarixli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamına uyğun olaraq Mərkəz tərəfindən 4 istiqamətdə müvafiq tədbirlər planının hazırlanması prosesi həyata keçirilmiş və qaydalara dair tədbirlər paketi hazırlanib.

V.Qasımlının sözlərinə görə, 2016-cı il martın 16-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamına əsasən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə yaradılmış İşçi Qrupu ilə əməkdaşlıq qurulub, Strateji Yol Xəritəsinin hazırlanmasına dəstək verilməsi və geniş ictimaiyyətin iştirakını təmin etmək üçün yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatların və dövlət qurumlarının, vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət 11 prioritet sektor üzrə alt-işçi qruplar yaradılaraq, intensiv surətdə ictimai müzakirələr aparılıb: “Alt işçi qruplarına cəlb olunmuş yüzlərlə ekspert dövlət, təhsil, akademik və biznes dairələrini, habelə vətəndaş cəmiyyətini əhatə edib. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanının 2.2. bəndi ilə strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinin keçirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılib.”

V.Qasımlı bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli Sərəncamı ilə yaradılan Azexport portalı indiyədək 100 milyon ABŞ dollarına yaxın məbləğdə qeyri-neft sektoruna ixrac sifarişləri alıb: “23 fevral 2017-ci il tarixində “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Prezident Fərmanının icrasını təmin etmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 10-dan çox dövlət qurumları ilə birlikdə “ixrac üçün vahid pəncərə”, elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınması sahəsində mühüm işlər görülüb. Qısa müddətdə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı barədə ABŞ, Rusiya, Polşa, Türkiyə və başqa ölkələrin nümayəndələri ilə müzakirələr aparılıb.”

Vüsal Qasımlı qeyd edib ki, 1 il ərzində islahatların kommunikasiyası İİTKM-in elektron resurslarında (üç dildə sayt - iqtisadiislahat.org, ecoreform.az, ereforms.org saytlarında, Facebook, Twitter və Youtube səhifələrində), həm də KİV-də və sosial şəbəkələrdə qurulub: “Həmçinin “Forbes”, “moscow-baku.ru”, “Milliyet”, “Hürriyet”, “Daily Sabah”, “Digital Age” və digər xarici KİV-lərdə islahatların işıqlandırılmasına nail olunub. Bundan başqa İİTKM “İslahatlar icmalı” və “İxrac icmalı”nın nəşrinə başlayıb. Hər iki icmal xarici dillərə də tərcümə olunmaqla yüz minlərlə ünvana göndərilir.”

Hesabat ilində AMEA və Microsoft-la Anlaşma Memorandumu imzalanıb: “Bir sıra beynəlxalq təşkilatlar – BMT, Aİ, BVF, İƏİT, SİGMA, BMK, DB və başqa beynəlxalq təşkilatlarla onlarla birgə tədbirlər və görüşlər keçirilib. Həmçinin Almaniya, İsveçrə, ABŞ və başqa ölkələrin səfirləri ilə görüşlər keçirilib. Hesabat ilində İİTKM-in əməkdaşları ABŞ, Hindistan, Yaponiya, İtaliya, Estoniya, Tayland, Türkiyə və başqa ölkələrə səfər edərək iqtisadi islahatlar barədə çıxışlar ediblər.”

İİTKM-in icraçı direktoru əlavə edib ki, nüfuzlu xarici ekspertləri cəlb etməklə Mərkəzdə sənaye parkları və sənaye məhəllələrinin fəaliyyəti, monitorinqi və qiymətləndirilməsi, gəlir-xərc analizi, iqtisadi zonaların qurulmasında texniki-iqtisadi əsaslandırma, keçid iqtisadiyyatlı ölkələrdə makroiqtisadi stabilləşmə və iqtisadi artım, data (məlumat) jurnalistikası, qida məhsullarının istehsalçılarına və təchizatçılarına olan tələblər və başqa mövzularda 20-ə qədər təlimlər keçirilib və müdavimlərə beynəlxalq sertifikatlar təqdim olunub.

Bağla X