04:24
(077) 610-22-33

“Hüseyniyyə” məscidindəki insidentə görə tutulan dindarın həbs müddəti uzadıldı

  • >
517 5 Fevral 2013 16:39 | Cəmiyyət

Fevralın 5-də Lənkəran Rayon Məhkəməsində "Hüseyniyyə" məscidində baş verən insidentlə bağlı tutulan dindar İlkin Əsədovun məhkəməsi keçirilib.

Vəkil Anar Qasımlı "Media forum" saytına bildirib ki, məhkəmə dindarın həbs müddətinin iki ay uzadılması haqqında qərar çıxarıb: "İstintaqın qərəzsiz araşdırılması üçün İlkin Əsədovun qohumlarında olan video sübut kimi istintaqa təqdim edilib. Videoda hadisəni xüsusi şəxslərin düzüb-qoşduğu, nə məqsədlə həyata keçirdiyi aydın olur. Həmçinin İbrahim Azadovu da kimin vurduğu görünür, öz dilindən etiraf edilir. Video bir həftə əvvəl verilsə də, öz əməlini etiraf edən Pərviz Həmdulla oğlu Əliyev haqqında heç bir tədbir görülmür. Onun İbrahim Azadova ağır xəsarət yetirməsi haqqında ekspert rəyi var. Bu da Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılmasına əsas verir. Real cinayətkar kənarda qalıb, günahı olmayan həbs edilib".

Rəsmi məlumata görə, 2012-ci il dekabrın 5-də Lənkəranın Kiçik Bazar "Hüseyniyyə" məscidində baş vermiş insidentdən sonra şəhər sakini, eləcə də eyniadlı dini icmanın rəhbəri Həmdulla Əliyev polisə şikayətçi olub. O, şikayətdə göstərib ki, İlkin Əsədov, İbrahim Azadov və digərləri onu döyərək xəsarət yetiriblər.

Rayon polis şöbəsində açılmış cinayət işi ilə bağlı İlkin Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. Bıçaqlanan İbrahim Azadov isə polis nəzarətinə götürülüb. Hər iki şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) ittiham olunur.

AzNews.az
Bağla X