03:47
(077) 610-22-33

Gömrükdə “Davidoff” əməliyyatı

  • >
1 209 20 Aprel 15:54 | Cəmiyyət

Gürcüstandan ölkəmizə qeyri-qanuni yolla "Davidoff" markalı siqaretlər gətirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan Respublikası istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21011" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundan 2340 ədəd "Davidoff" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bağla X