16:08
(077) 610-22-33

Sumqayıt - Bakı yolunda avtobus qıtlığı - sərnişinlər çətinə düşdü (Video)

  • >
1 040 20 Aprel 22:11 | Cəmiyyət

Sumqayıtdan Bakıya gediş-gəlişdə çətinliklər yaranıb. Hətta elə olur ki, sakinlər saatlarla avtovağzalda avtobus gözləməyə məcbur qalır. Yaranmış sıxlığı aradan qaldırmaq üçün addımlar atılırmı?

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq Sumqayıt avtovağzalında Bakıya gəlmək istəyən sərnişinlərin sıxlığı yaşanır. Sakinlər buna səbəb kimi marşrutda lazımı qədər nəqliyyat vasitəsinin olmamasını göstərir. Üstəlik, son günlərdə qanunsuz fəaliyyət göstərən mikroavtobuslara qarşı tədbirlər vəziyyəti daha da ağırlaşdırıb.

Nəticə sərnişinlərə ziyan vurur. Qeyri-normal şəraitdə səyahət, getdiyi yerə gecikmə gündəlik mənzərəyə çevrilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin rəisi Əhməd Rüstəmov da vəziyyəti etiraf edir. Onun sözlərinə görə, bir müddətdir qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobuslar xətdən uzaqlaşdırılıb. Sıxlığın qarşısını almaq üçün interval azaldılsa da, pik saatlarda yenə çətinlik yaranır.

Əhməd Rüstəmov deyir ki, xəttə iri tutumlu avtobuslar əlavə edildikcə problem tədricən aradan qaldırılacaq.

Bağla X