Tərəfdarları Rüstəm İbrahimbəyovun ad gününü qeyd edir

Elə bu saatlarda Ziyalılar Forumunun əksər üzvləri bir araya toplaşıb. Bu dəfəki toplantıda məqsəd kinorejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Oskar mükafatı laureatı Rüstəm İbrahibməyovun doğum gününü qeyd etməkdir.

AzNews.az-a daxil olan məlumata görə, toplantıda Rafiq Əliyev, Eldəniz Quliyev, Eldar Namazov, Gültəkin Haçıbəyli və başqaları iştirak edir. Məlumata əsasən, toplantı başlamamaışdan əvvəl forum üzvləri R.İbrahimbəyovla telefon əlaqəsi yaradıblar. Səbəbkarı ad günü ilə bağlı təbrik edən forum üzvləri ona can sağlığı və tutduğu yolda iradə arzulayıb.

Qeyd edək ki, rəsmi hissə yekunlaşandan sonra mərasim restoranların birində davam edəcək.

Bahar Rüstəmli
AzNews.az