“İşıqfora dirəndikdən sonra görürsən ki, orda yaşıldı, yoxsa qırmızı" “İşıqfora dirəndikdən sonra görürsən ki, orda yaşıldı, yoxsa qırmızı"

Gözəgörünməz yol nişanları - ““Znak”ı görə bilmirik, polis də cərimə yazır”

“İşıqfora dirəndikdən sonra görürsən ki, orda yaşıldı, yoxsa qırmızı"

ARB TV-nin "Günə doğru" proqramında yol nişanları ilə bağlı maraqlı sujet yayımlanıb.


Vaxtaşırı sürücülərin narazılığına yol açan məqamlardan biri bəzi hallarda yol nişanlarının qarşısında olan maneələrdir. Çünki yollarda yol nişanları sürücülər tərəfindən görülmür. Buna səbəb bu nişanlarının ağacın budaqlarının arasında qalmasıdır. Ağacların yaşıllaşması, qol budaq atması bəzi yol nişanlarını sözün əsl mənasında görünməz vəziyyətə salıb.


Sürücü: “Ağacın yarpaqlarını bir balaca qırsınlar ki, görək ki, burda "znak" var. Uşaq keçir, böyük keçir. Tam keçəndən sonra görürsən ki, "znak" var”.


Bəzi yol nişanları və işıqforların yaşıllıqların, reklam lövhələrinin arxasında qalması sürücülər üçün problemlər yaradır. Küçə və prospektlərin bəzilərində elə yerlər var ki, nişanları və ya işıqforları sürücülər demək olar ki, görmür.


Sürücü: “Tam işıqfora dirəndikdən sonra görürsən ki, orda yaşıldı yoxsa qırmızı. Yol polisi də görür ki, sən qaydanı pozursan, o da cərimə yazmalıdır da”.


Halbuki vaxtaşırı olaraq küçələrdəki ağaclarda budama işləri aparılmalı, yol nişanlarını gizlədən ağaclar təmizlənməlidir. Bəs görəsən yol nişanlarının vəziyyətinə nəzarət necə həyata keçirilir, niyə əksər yerlərdə ağacların budaqları hələ də kəsilməyib? Ağacların budaqlarının artması nəticəsində yol nişanları, isşıqforların görünməz hala düşdüyü aşkarlanarsa, Yol Polisinin Siqnal İdarəsi rəhbərliyinin imzası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı departamentinə müraciət edilir. Bundan sonra aidiyyəti qurumlar bu ağacları budamalı və nişanları görünən hala gətirməlidir.


Hər bir polis əməkdaşı xidmət etdiyi sahədə nişanların vəziyyətinə, yolun vəziyyətinə, ümumiyyətlə, texniki tənzimləmə vasitələrinə, yəni, işıqfora, yolda çəkilən xətlərə, bütün bunların hamısına nəzarət etməlidir.


Yol nişanları həmişə qanuna uyğun, ideal şəkildə olmalı və yolun hərəkət istiqamətində yerləşdirilməlidir. Şəhər küçələrində mütəmadi monitorinqlər aparılmalı və ehdiyac olan yerlərdə budama işləri aparılmalıdır. Əgər bu yolla nişanı görünən etmək mümkün deyilsə, yeri dəyişdirilməldir.

AzNews.az