Tibb üzrə fəlsəfə doktoru Dr. Nurəngiz Hacıyeva Azərbaycanda uşaqlara qoyulan qəribə adlardan danışıb. Tibb üzrə fəlsəfə doktoru Dr. Nurəngiz Hacıyeva Azərbaycanda uşaqlara qoyulan qəribə adlardan danışıb.

Azərbaycanda uşağa biabırçı ad qoydular

Tibb üzrə fəlsəfə doktoru Dr. Nurəngiz Hacıyeva Azərbaycanda uşaqlara qoyulan qəribə adlardan danışıb.

N.Hacıyeva ona müraciət edən xəstələrin adlarının qəribəliyinə diqqət çəkib.

A24.Az xəbər verir ki, həkim qeyd edib k, ona müraciət edən xəstələr arasında adı İş, atasının adı Əmək olan şəxslər də olub. O, valideynləri uşağa ad qoyarkən diqqətli olmağa çağırıb.

“Uşaqlara Ronaldo, Messi adları da verilir. Adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Uşağa ad qoyanda diqqətli olmaq lazımdır, gözəl və yaxşı mənası olan adı seçmək lazımdır. Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri uyğun olmur. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Pozitiv ad insanın taleyinə də müsbət təsir edir. Çünki, ad insanın ömrünün sonuna kimi onunla yoldaş olan və onun şəxsiyyətinin formalaşmasına təsir edən ən mühüm amillərdən sayılır. Həzrət Məhəmməd (s) “Övladın atanın boynunda olan haqlarından biri ona gözəl ad qoymasıdır”, Romalılar «nomen est omen» yəni «adımız taleyimizdir» demişdilər. Keçmişdə “Adı ilə böyüsün” deyibən, doğulan körpəni öz adı ilə çağırırlar”.

AzNews.az