21:01
(077) 610-22-33

Narkotik alverində təqsirləndirilən şəxs bəraət aldı

  • >
793 21 Aprel 18:08 | Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Orxan Mailovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə O.Mailov barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, O.Mailov ötən ilin mayında Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış aprılarkən 70 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

O.Mailov Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrinin dövriyyəsi) maddəsi ilə ittiham olunub.

Bağla X