15:56
(077) 610-22-33

Lənkəranda sərhədçiləri daşıyan avtomobil ağaca çırpıldı, ölən var (Foto)

  • >
2 015 21 Aprel 19:26 | Cəmiyyət

Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus "UAZ" markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bağla X