Bukmekerlər may ayında Kiyevdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində hansı ölkənin nümayəndəsinin qalib gələcəyinə dair pul qoyuluşlarının qəbuluna başlayıblar. Bukmekerlər may ayında Kiyevdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində hansı ölkənin nümayəndəsinin qalib gələcəyinə dair pul qoyuluşlarının qəbuluna başlayıblar.

“Eurovision” yarışmasında Azərbaycan qələbə qazana bilərmi?

Bukmekerlər may ayında Kiyevdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində hansı ölkənin nümayəndəsinin qalib gələcəyinə dair pul qoyuluşlarının qəbuluna başlayıblar.

AzNews.az Virtualaz.org -a istinadən xəbər verir ki, Azərbaycan nümayəndəsinə pul qoyuluşu edənlər 51:1 nisbətində qazanca ümid bağlaya bilərlər.

Qələbəyə əsas namizəd kimi İtaliya təmsilçisi Françesko Qabbani göstərilir. İtaliyalının qələbə şansı cəmi 2,1:1 əmsalı ilə ölçülür, bu isə onun şəksiz favorit olması deməkdir.

Bukmekerlərin siyahılarında sonrakı yerləri Bolqarıstan, İsveç, Portuqaliya və Belçika tutur. Azərbaycan 9-14-cü yerləri bölüşdürür.