Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib. Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.

Xalq artisti dəfn edildi - Foto + Yenilənib

Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, Təzəpir məscidində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi.

***

14:26

Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi başlayıb.

“Report”un məlumatına görə, mərasim Təzəpir məscidində keçirilir.

Bəstəkar II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi.

AzNews.az