...Mühüm qərarlar qəbul edildi ...Mühüm qərarlar qəbul edildi

Ziyalılar İbrahimbəyovun evində toplandı və...

...Mühüm qərarlar qəbul edildi


Azərbaycan Ziyalılar Forumu fevralın 5-i Bakıda, yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində toplantı keçirib. Gənc fəalların da qatıldığı toplantıda Rüstəm İbrahimbəyovun 74 yaşı qeyd olunub. Yazıçı özü ABŞ-da səfərdədir.

"Turan"ın məlumatına görə, toplantıda çıxış edən politoloq Eldar Namazov deyib ki, Ziyalılar Forumu ölkənin siyasi həyatının gündəliyini dəyişməyi zəruri sayır: "Ziyalılar Forumu əsas məqsədinin ədalətli və azad prezident seçkisi olduğunu bildirib və bunun üçün addımlar atır.

Yanvar ayında Rüstəm İbrahimbəyov elan etmişdi ki, "üçüncü qüvvə" şərti adı ilə demokratiya uğrunda yeni hərəkatın planını hazırlayır. On gündən sonra sənəd hazır olacaq və cəmiyyətə təqdim ediləcək.

Sənəddə üç əsas tezis var. Müəlliflər beynəlxalq birliyin insan azadlığı və hüquqlarını pozan məmurlara qarşı "Maqnitski qanunu"nu tətbiq etməsini istəyir. İkincisi, beynəlxalq birlik Azərbaycanın seçki sistemində islahatlarda iştiraka dəvət olunacaq. Nəhayət, seçkilər münsiflər kimi beynəlxalq birliyin nəzarəti altında keçirilməli, onun seçkilərin nəticələri barədə qərarı hamı üçün məcburi olmalıdır. Ölkə iki seçim qarşısındadır: ya demokratiyaya keçid, ya da sosial partlayış".

Eldar Namazov deyib ki, Rüstəm İbrahimbəyov fevralın ikinci yarısında vətənə qayıdacaq və bundan sonra yeni hərəkatın təqdimatı keçiriləcək.

AzNews.az