Təhsil Nazirliyinin sözçüsü bunun mümkünlüyünə işarə vurdu Təhsil Nazirliyinin sözçüsü bunun mümkünlüyünə işarə vurdu

Əkrəm Əylislinin əsərləri dərsliklərdən çıxarılacaq?

Təhsil Nazirliyinin sözçüsü bunun mümkünlüyünə işarə vurdu



Əkrəm Əylislinin "Daş yuxular" əsəri ilə bağlı yaranan qalmaqalın fonunda müəllifin dərsliklərə salınan əsərlərinin tədrisi ilə bağlı məsələ də maraq doğurur. Təhsil Nazirliyini dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı AzNews.az-a verdiyi açıqlamada gələcəkdə dərslik müəlliflərinin bu məsələni diqqətə ala biləcəyini deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda dərsliklərdə Ə. Əylislinin şəxsiyyəti yox, əsərlərindən parçalar verilib:

"Yəqin ki, müəllimlərimiz bu məsələdə daha diqqətli olacaqlar. Həmin mövzuları tədris edən zaman bugünkü məsələlərdən da danışacaqlar. Gələcəklə bağlı isə qərar hələ verilməyib. Müəlliflər məsələyə diqqət yetirəcəklər. Çünki dərslikləri müəlliflər yazır. Onların da Azərbaycan ziyalısı kimi məsələ ilə bağlı öz mövqeləri var. Azərbaycan ədəbiyyatında öz yeri olan Əkrəm Əylislinin bu əsəri cəmiyyətin qınağı ilə üzləşib. Cəmiyyətin qınağından yaxşı qərar yoxdur".

Elnarə Əlosmanqızı
AzNews.az