15:36
(077) 610-22-33

Nazirlər və deputatlar mətbuat konfransı keçirirlər

  • >
325 6 Fevral 2013 11:35 | Cəmiyyət

Avronest Parlament assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 30 yanvar-2 fevralda Polşada səfərdə olub. Həmin səfərlə bağlı keçirilən mətbuat konfransında Elxan Süleymanov ətraflı məlumat verib. O, bildirib ki, Polşada bir neçə səmərəli görüşlər keçiriblər. Deputat qeyd edib ki, bir neçə universitetdə, siyasi təşkilatlarda görüşlər təşkil edilib.

Sonra çıxış edən energetika naziri Natiq Əliyev Azərbaycanla Polşa arasında dostluq münasibətlərindən danışıb. Nazir bildirib ki, Azərbaycanla Polşa arasında münasibətlər yüksək səviyyədə inkişaf edib: "Orada razılığa gəldik ki, Krakov universitetində Azərbaycanla Polşa arasında iqtisadi məsələlərdən bəhs edən seminar keçirilsin. Bizim əlaqələrimiz müxtəlif səviyyələrdə davam etdirilir".

N.Əliyev orada İcitmai kanala dəvət edilidiyini də deyib: "Efirdə iki ölkə arasında iqtisadi məsələlər müzakirə edilidi. Avropa ilə də tele-körpü yaradıldı".

Təhsil Naziri Misir Mərdanov da çıxışında görüşlə bağlı məlumat verib. Nazir deyib ki, Polşanın Elm və Təhsil Naziri Azərbaycana dəvət etdik: "Orada Elm və təhsil naziri ilə görüşdük. Bir sıra məsələləri müzakirə etdik. Qərara gəldik ki, həmin naziri Azərbaycana dəvət edək. Və o Azərbaycana gələnə qədər iki ölkənin təhsil sahəsində inkişaf etdirilməsi istiqamətində işlər görülməlidir. Həmçinin, iki ölkənin təhsil nazirliklərindən ibarət işçi qrupu yaradılmalıdır".

Təhsil naziri deyib ki, Polşada 65 azərbaycanlı tələbə təhsil alır, amma həmin tələbələr öz vəsaitləri hesabına təhsil alırlar: "Polşada 65 azərbaycanlı təhsilini davam etdirir. Avropa Birliyinin Polşada yaratdığı "Natali" universiteti ilə tanış olduq. Orada bir Azərbaycanlı tələbə təhsil alır. Biz qərara aldıq ki, bu və bu kimi universitetlərdə azərbaycanlı tələbələrin sayı artırılmalıdır. Biz umumtəhsil məktəbləri səviyəsində əlaqələri inkişaf etdirməliyik".

Mətbuat konfransı davam edir.

İlkin, Elnarə
AzNews.az

Bağla X