Xalq yazıçısı AzNews.az-dan mediaya səsləndi: "Yorulmuşam" Xalq yazıçısı AzNews.az-dan mediaya səsləndi: "Yorulmuşam"

Əkrəm Əylisli jurnalistlərdən nə xahiş etdi? - EKSKLÜZİV

Xalq yazıçısı AzNews.az-dan mediaya səsləndi: "Yorulmuşam"



Xalq yazıçısı Əkrəm Əylisli AzNews.az vasitəsiyə ölkə jurnalistlərinə müraciət edib. Həmin müraciətdə deyilir:

"Bundan sonra istər "Daş yuxular", istərsə də yaradıcılığımla bağlı səslənən, siyasi kampaniya daşıyan fikirlərin heç birinə münasibət bildirməyəcəm. Çünki bezmişəm. Eyni şeyi nə qədər təkrar edərlər? Dünyada ən zəhləm gedən şey təkrarçılıqdı.

Hörmətli, media nümayəndələri! Sizin hər birinizə hörmətim var, amma qoyun, bir az dincəlim. Qoca kişiyəm, gün ərzində nə qədər telefona cavab vermək olar? Siyasi bir ssenari həyata keçirilir, müxtəlif iclaslar təşkil olunur və sonradan bunlar mətbuata çıxarılır. Bu yaxşı iş deyil"....

Ə.Əylisli həyat yoldaşının işdən çıxarılması ilə bağlı məsələyə də münasibət açıqladı: "Bizə get deyən olmayıb. Bunu rəsmiləşdirmək məncə bir az tezdir. Münasibətdən bilinir ki, onlar yoldaşımı da işdən çıxarmaq istəyir. O, bu gün işə getməyib. Mən ona çoxdan demişdim ki, nəyinə lazımdır, çıx otur evdə, həyatımızı yaşayaq".

Bahar Rüstəmli
AzNews.az