“Sözün düzü danışmağı elə də çox sevmirəm. Bir az isteshalatdan gələn adam kimi konkret iş tərəfdarıyam”. “Sözün düzü danışmağı elə də çox sevmirəm. Bir az isteshalatdan gələn adam kimi konkret iş tərəfdarıyam”.

“Danışmağı elə də çox sevmirəm” - Abid Şərifov

“Sözün düzü danışmağı elə də çox sevmirəm. Bir az isteshalatdan gələn adam kimi konkret iş tərəfdarıyam”.

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

“Ola bilsin bəziləri mənimlə razı olmadı. Əvvəlcədən belə olub ki, lap keçmişdən vəzifə ilə əlaqədar az hallarda televiziyaya çıxmışam. Xüsusi hallarda insanları məlumatlandırmaq üçün efirə çıxıram. Təki Allah bu halları az etsin. Əvvəl zəlzələ və qəzalı vaxtlarda adətən çıxıb danışırdım”, - baş nazirin müavini mətbuata çox çıxmamasını əsaslandırarkən deyib.

O bildirib ki, indi Azərbaycanda sabitlik və sakitlikdir: “Ona görə də danışılan məsələlər bəs edir. Eyni zamanda, bu gün televiziya, qəzet və radioya çıxmaq üçün təəsüf ki, az imkan var”.