Yay ərəfəsində Bakı bulvarı sakinləri və şəhərin qonaqlarını yenilikləri ilə sevindirəcək Yay ərəfəsində Bakı bulvarı sakinləri və şəhərin qonaqlarını yenilikləri ilə sevindirəcək

Bulvara "Şeytan çarxı“ gətiriləcək

Yay ərəfəsində Bakı bulvarı sakinləri və şəhərin qonaqlarını yenilikləri ilə sevindirəcək



Belə ki, dənizkənarı Milli Parkda yeni atraksionlar quraşdırılacaq. Bu barədə məlumatı ANS PRESS-ə Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun verib.Bu yeniliklər yay fəsli ərəfəsində olacağını qeyd edən N.Məcidov hazırda bunun üçün bəzi inkişaf etmiş Avropa ölkələri ilə danışıqlar aparıldığını deyib. Gətiriləcək atraksionlardan birinin "Şeytan çarxı" olacağı gözlənilir. "Hələ konkret həll olunmayıb. Danışıqlar aparılır. Ola bilsin yeni "Şeytan çarxı" köhnəsəndən böyük olsun".

Bulvar idarəsi qarşıdan gələn Novruz bayramı ilə bağlı hazırlıqlara da başlamaq ərəfəsindədir. Mart ayının 19-da dənizkənarı parkda bayram tədbiri keçiriləcək. Artıq bununla bağlı komissiya yaradılıb və işlər aparılır. Əsas tədbir Qız Qalasının yanında başlayacaq və Milli parka keçəcək. Ordan Saat qülləsinin yanına kimi bayram tədbiri davam edəcək. Martın 19-da axşam isə böyük konsert proqramı nəzərədə tutulub.

N.Məcidov bulvar ərazisnin genişləndirilməsi məsələsində toxunub. Onun sözlərində görə, dəniz sahilində 14 km gəzinti yeri var. Sadəcə hələlik işlər tamamlanmadığı üçün bir hissəsi istifadəyə verilməyib. "6 km ərazidən istifadə edirlər. 8 km-də də işlər 90 faizi artıq görülüb".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi bu yaxınlarda "Bakı Bulvarı"nın 3D formatda 360 dərəcəlik virtual turlarını media nümayəndələrinə təqdim edib.

Rəis müavini deyib ki, indi internet istifadəçiləri "Bakı Bulvarı" ilə daha yaxından tanış olımaq üçün yaxşı fürsət əldə ediblər. Belə ki, onlar bulvarın 300 nöqtədən çəkilmiş virtual turlarını seyr edə bilərlər. Bu turlar həm gecə, həm də gündüz çəkilib. Bakı Bulvarındakı bütün çəkilişləri baku3d.az saytı tərəfindən həyata keçirilib.

AzNews.az