Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Mingəçevirdəki Heydər məscidinin axundu Hacı Ələmdarın “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin” fikrinə münasibət bildirib. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Mingəçevirdəki Heydər məscidinin axundu Hacı Ələmdarın “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin” fikrinə münasibət bildirib.

“O axundu məscidə moizə oxumağa buraxmaq olmaz”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Mingəçevirdəki Heydər məscidinin axundu Hacı Ələmdarın “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin” fikrinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, millət vəkili “Yeni Müsavat”a müsahibəsində deyib ki, bu tamamilə səhv düşüncədir, nə Quranda, nə başqa yerdə belə qayda yoxdur:

“Şəriətdə belə bir məsələ var ki, əgər kimsə həyat yoldaşını hərtərəfli təmin edə bilirsə, onda razılıq əsasında digəri ilə də evlənə bilər. Amma Azərbaycanda bu məsələlər qəti şəkildə qadağandır. Biz dünyəvi dövlətik. O baxımdan “Dini etiqad azadlığı haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunları qəbul edəndə də bir məsələni xüsusi vurğulamışdıq ki, xaricdə təhsil alıb gələnlər ordakı yaşam, düşüncə tərzini, adət-ənənələri də özü ilə gətirir. Gənc yaşlarında kimsə gedir başqa ölkəyə, 6-8 il orda yaşayır, oranın qanunları əsasında fəaliyyət göstərir, təhsillə yanaşı, ordakı adətlər də ona sirayət edir. Həmin şəxs də çalışır qayıtdıqdan sonra öyrədə biləcəyi təhsil, oxuyacağı ayinlərlə yanaşı, həmin adət tərzini, yaşam tərzini burdakı cəmiyyətə yeritsin. O baxımdan da biz qanuna belə bir düzəliş etdik ki, xaricdə təhsil alıb Azərbaycana qayıdan şəxslər Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən də razılaşdırıldıqdan sonra müxtəlif dini ayinləri həyata keçirməsi üçün təyin oluna bilər. Əgər dediyiniz şəxs bu cür düşüncə tərzinə malikdirsə, onu nə ictimaiyyət arasına, nə də məscidə moizə oxumağa buraxmaq olmaz. Təbii ki, müvafiq attestasiya keçirilməlidir və yəqin onunla bağlı müvafiq ölçü götürüləcək”.