00:01
(077) 610-22-33

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkum tutuldu - Foto

  • >
730 1 May 2017 11:27 | Cəmiyyət

Daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən xristian qəbiristanlıqlardan dəmir barmaqlıqlar, eləcə də digər metal əşyalar oğurlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tutularaq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinin həyətinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. E.Məmmədov ilkin izahatı zamanı qəbiristanlıqlardan oğurladığı dəmir əşyaların bir qismini metal qəbulu məntəqələrinə satdığını bildirib.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bağla X