Sabiq polis rəisi Leyla Əkbərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sabiq polis rəisi Leyla Əkbərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sabiq polis rəisinin arvadına 9 il 6 ay cəza istənildi

Sabiq polis rəisi Leyla Əkbərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı Leyla Əkbərovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş tərəf isə cəzanın azlığından narazılıq edib. Zərəçəkmiş Anarə Məmmədova deyib ki, məhkəmə istintaqı dövründə dəymiş zərər ödənilməyib.

Anarə Məmmədovanın vəkili Vasif İsarafilov da cəzanın az olduğunu bildirib.

Təqsirləndirilən Leyla Əkbərovanın vəkili çıxış üçün vaxt istəyib.

Növbəti məhkəmə prosesi mayın 10-na təyin edilib.

Bildirək ki, L.Əkbərovanın işi üzrə bir neçə nəfər zərər çəkən kimi tanınıb. Onlar da işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar.

Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verdiyini deyir. Bundan əlavə A.Məmmədova iddia edir o, digər qohumlarını da işə düzəlmək, təqaüdə çıxmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovlara 116 min manat pul veriblər. Zərərçəkmişlər bu dələduzluq işində Mahir Əkbərovun da əlinin olduğunu deyirlər.

Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, vaxtı ilə 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş.

O, pasportunu dəyişdirərkən “ASAN Xidmət”də saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

AzNews.az