Sərnişinləri mənzil başına çatdırmaq istəyi sürücüyə cərimə hesabına başa gəlib. Sərnişinləri mənzil başına çatdırmaq istəyi sürücüyə cərimə hesabına başa gəlib.

Reyd zamanı sürücü polislə mübahisə etdi - “Bəs biz nə ilə gedək?”

Sərnişinləri mənzil başına çatdırmaq istəyi sürücüyə cərimə hesabına başa gəlib.

ARB TV xəbər verir ki, normadan artıq sərnişin yığmaqla yaratdığı təhlükənin fərqində olmayan belə sükan sahiblərinə keçirilən reyd zamanı az rast gəlinməyib.

Sakin: “Nə ilə gedək bəs? Maşın verin gedək”.

Bakı-Qazax magistralının Goranboy rayonu ərasizində yol polisinin keçirdiyi reyd Gəncə istiqamətinə qanunu pozaraq sərnişin daşıyan iri və orta tutumlu ictimai nəqliyyat vasitələrinin sürücülərinin məsuliyyətə cəlb edilməsinə səbəb olub.

Vüqar Hüseynov- Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi: “Sürücülərə tövsiyə odur ki, sərnişin daşıma qaydalarını pozmasınlar. Maşınlara əlavə avadanlıqlar qoşmasınlar və gündəlik xəttə çıxan zaman həkim müayinəsindən keçsinlər”.

Reyd zamanı 30 halda inzibati qaydanın pozulması aşkar edilib. Bunlardan 9-u sərnişindaşıma qaydalarının pozulması, 4 protokol avtomobilin konstruksiyasına əlavə avadanlıqların qoşulması, qalan hüquqpozmalar isə ötmə, manevr etmə qaydalarının pozulması, sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi olub.

AzNews.az