12:44
(077) 610-22-33

Bakıda qrunt sularının səviyyəsi qalxdı - Ətraf əraziləri su basdı

  • >
1 992 2 May 2017 16:23 | Cəmiyyət

Aprel ayında Bakı və Abşeronda su basma proseslərinin dinamikasında aktivlik qeydə alınıb, ərazilərin qrunt suları ilə basılması müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Binəqədi I mədən yaşayış sahəsinə düşən atmosfer yağıntılarının təsirindən su basma prosesi aktivləşib.

Onun sözlərinə görə, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntıları qrunt sularının səviyyəsinin qalxmasına səbəb olub, nəticədə ərazinin qrunt suları ilə basılması baş verib: “Bundan əlavə, Maştağa – Zabrat subasma sahəsi, Daş Karxanası yaşayış massivi və Qala qəsəbəsində qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb”.

Ə. Qaralov qeyd edib ki, Zabrat – Məhəmmədi su basma sahəsində gölün səviyyəsinin qrunt suları hesabına qalxması və ətraf ərazilərin su ilə basılması müşahidə olunub.

AzNews.az

Bağla X