08:12
(077) 610-22-33

Verdiyi ad qəbul olunmadığından uşağı aylardır adsız qalıb - Video

  • >
2 893 2 May 2017 21:57 | Cəmiyyət

Azərbaycanda bir uşaq 6 aydır adsızdır.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, buna səbəb atanın oğluna "Musab" adını vermək istəyidir. Adın qeydiyyat idarəsində qəbul edilməməsi isə ona əks təsir edib və müraciəti dəfələrlə təkrarlayıb. Nəticədə isə uşaq 6 ay adsız qalıb.

Bənzər halların artması valideynlər tərəfindən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına edilən müraciətlərə də təsir edib. Məktub göndərənlərin əksəriyyəti "Ə” hərfini "A” ilə əvəzləmək istəyirlər. Əli kimi məşhur adı Ali, Əzimi isə Azim deyə yazdırmaq istəyənlər var.

Müraciətlərin ən diqqət çəkəni isə soyadını dəyişdirmək istəyən şəxsə məxsusdur.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Şekspir, Meyvəli, Əbuturab kimi adları övladına vermək istəyən valideynlərin tələbi də rədd edilib. Əbülfəz adını Əbülfəzl kimi yazdırmaq istəyən ana-ataya da "yox” cavabı verilib. Oğlana qız, qız uşağına isə oğlan adı qoymaq istəyən valideynlər də komisiyaya məktub göndəriblər.

Müşfiq, Hamlet, Nargilə, Məcnun kimi adlar isə unudulub. Statistikaya görə, son 5 ildə Yusif adı 17 minə yaxın qoyulubsa, Müşfiq adı 41, Hamlet adı isə cəmi 31 uşağa verilib.

Statistikada bəzi adlara marağın xeyli azaldığını göstərir. Son 5 ildə Fadil adı 1, Tacı 3, Nursən 4, Məmmədbağır 5, Vahidə, İltimas 6, Xələf 7, Qorqud 8, Xəzangül 9, Qəmbər 15, Məcnun 18 uşağa verilib.

Bağla X