M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Ədəbiyyatşünaslıq ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü seçilib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Ədəbiyyatşünaslıq ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü seçilib.

Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü seçildi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Ədəbiyyatşünaslıq ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü seçilib.

AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri bu gün açıqlanıb.

Nəticələrə əsasən, millət vəkilləri Nizami Cəfərov (Dilçilik), Yaqub Mahmudov (Tarix), Gövhər Baxşəliyeva (Şərqşünaslıq) AMEA-nın həqiqi üzvləri seçiliblər.

Milli Məclisin deputatı Musa Qasımlı (Tarix), sabiq təhsil naziri Misir Mərdanov isə (Riyaziyyat) AMEA-nın müxbir üzvləri seçiliblər.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülmüşdü.

AMEA-nın mayın 2-də keçirilən ümumi yığıncağında AMEA-nın həqiqi üzvlüyünə 16, müxbir üzvlüyünə isə 25 nəfər seçilib.