Qaxda təsərrüfatların birində qeyri-adi hadisə baş verib. Qaxda təsərrüfatların birində qeyri-adi hadisə baş verib.

Süni mayalanma ilə doğuldu - Belində quyruq əmələ gəldi + Foto

Qaxda təsərrüfatların birində qeyri-adi hadisə baş verib.

Təsərrüfat sahibi 9 ay öncə süni mayalanma yolu ilə doğulan inək balasının iki quyruğunun olduğunu görüb. Ən maraqlısı isə ikinci çıxan quyruğun inək balasının bel hissəsində olmasıdır.

İstiPress - in Şəki bürosunun məlumatına görə, 9 ay öncə dünyaya gələn buzov anormal olaraq 2 quyruqlu doğulsa da, bu günə kimi inkişafdan qalmayıb. Yəni digər inək balaları kimi böyüyüb. Təsərrüfat sahibləri bu vaxta kimi belə bir hadisəyə şahidlik etmədiklərini söyləyir. Bundan əvvəl bu cinsdən doğulan buzovların hamısının normal doğulduğunu qeyd edirlər. Qara rəngli inək balasının ikinci çıxan quyruğu normal quyruq kimi o qədər də uzanmayıb. Quyruq inkişafdan qalıb. Ancaq bu buzovun inkişafına heç bir təsir göstərməyib.

Qeyd edək ki, bu cür qeyri - adi hadisələr regionlarda çox baş verib. Ancaq iki quyruqlu inəyin olması və quyruğun birinin bel hissədən çıxması ilk dəfədir ki, qeydə alınır.

AzNews.az