Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib. Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.

Masallıda azyaşlı sünnət zamanı ölüb

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

Belə ki, valideynləri Kənan Abutalıbov Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.

Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.