18:12
(077) 610-22-33

"5 dəfə buranı tikmişəm, nə vaxta qədər belə olacaq?" - Şamaxıda sürüşmə (Video)

  • >
2 874 3 May 2017 21:23 | Cəmiyyət

Şamaxıda yenə də təbii fəlakət fəlakət törətməyə davam edir.

AzNews.az ARB -yə istinadən xəbər verir ki, Şamaxıda baş verən torpaq uçqununun qarşısını almaq mümkün deyil.

Son bir həftə ərzində hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahənin sürüşməsi nəticəsində 7 ev təhlükə altına düşüb.

Gülnaz Şahsuvarova - Şamaxı sakini: "5 dəfə buranı tikmişəm. Nə vaxta qədər belə olacaq? Mənim evim Şamaxı üzrə sürüşmə zonasında 1 nömrəli evdir. Evdə dayananda taxtanın səsi gəlir, hiss edirsən ki, nəsə sürüşür".

Sözügedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən günə genişlənir. Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsinə zərər vuran uçqun dağıntılara səbəb olub. Sürüşməyə səbəb olan qurunt suları isə evlərin zirzəmisinə dolub. Ev sahibləri zirzəmiyə dolan suyu nasoslarla təmizləməyə çalışır.

Zərifə Dövlətova - Şamaxı sakini: "Evin içi su ilə doludur. Divarlar da partlayıb. Evin altından su çıxır. 3-5 gündən bir həyətə su vururuq".

Evlərdəki çatlar getdikcə artmaqdadır. Artıq iki ailə təhlükə səbəbindən evini tərk edib. Sürüşmənin vurduğu zərərlə bağlı lazımı qurumlara xəbər verilsə də, hələlik problem öz həllini tapmayıb.

Bağla X