Ermənilər bir “azərbaycanlını” dəstəkləyirsə, bu nə deməkdir ? Ermənilər bir “azərbaycanlını” dəstəkləyirsə, bu nə deməkdir ?

Xədicə İsmayılın ermənilərlə növbəti iş birliyi ifşa olundu- FOTO

Ermənilər bir “azərbaycanlını” dəstəkləyirsə, bu nə deməkdir ?

"3 May- Beynəlxalq Söz və Mətbuat Azadlığı günü"ndə məşhur “Əl-Cəzirə” telekanalının ingilisdilli saytında Xədicə İsmayılın "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsi dərc edilib.

Məqalədə Xədicə İsmayıl Azərbaycan hökumətini tənqid edib.

Bunun ardınca saytda Azər Həsrətin "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" başlıqlı geniş yazısı dərc edilib. Əl-Cəzirə hər iki yazını fərqli mövqe kimi yayımlayıb.

Azər Həsrət isə yazısında, Azərbaycanda medianın vəziyyəti ilə bağlı Xədicə İsmayıldan fərqli mövqe ilə çıxış edib.

Xədicə İsmayıl isə dərhal atdığı “twit”də Azər Həsrəti hakimiyyətin sözçüsü adlandırıb: "Azərbaycan hakimiyyətinin sözçüsü mənə cavab verdi. Özü də o, Beynəlxalq Mətbuat İnstitutu və başqa beynəlxalq qurumların adı altında kölgələnir."

Bura kimi baş verənləri söz azadlığının bariz nümunəsi, plurializmin təntənəsi və bu kimi gözəl səslənən sözlərlə xarakterizə etmək olardı. Lakin məsələ bununla bitmədi. Ruslar demişkən «Дьявол кроется в деталях».

Xədicə İsmayılın bu “twit”i ermənilər tərəfindən dərhal diqqətə alınıb və onların ən fəallarından olan Eni Vandaryan adlı “Twitter” istifadəçisi belə bir paylaşım edib: " Bu günlərdə Azərbaycan hakimiyyətinə loyallığının qarşılığında İndoneziya səfərilə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu Azər Həsrətin yazısı".

Bu nəyin göstəricisidir? Bunu anlamaq üçün dərin siyasi biliklərə, uzun-uzadı polemikalara və yaxud da “siyasi məhbus” olmağa ehtiyac yoxdur. Növbəti dəfə açıq-aydın goründü ki, Xadicə İsmayılla ermənilərin maraqları üst-üstə düşür. Ermənilərin niyə Azərbycan dövləti, Azəbaycan xalqı va Azərbaycan hakimiyyətinin əlehinə cıxış etdiyi heç kim üçün sirr deyil. Ermənilər Azərbaycanın və Azərbayca xalqının mövcudluğundan “rahatsız” olurlar. Bəs Xədicə İsmayıl niyə? Yaqin ki, onun da rahatsızlığının səbəbi ermənilərlə eynidir.

AzNews.az