Ağcabədi rayonunda qohumlarının evini talan edib, avtomobillərini yandıran şəxsə hökm oxunub. Ağcabədi rayonunda qohumlarının evini talan edib, avtomobillərini yandıran şəxsə hökm oxunub.

Qohumlarının evini talan edib, avtomobillərini yandıran şairə hökm oxundu

Ağcabədi rayonunda qohumlarının evini talan edib, avtomobillərini yandıran şəxsə hökm oxunub.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, 2014 və 2016-cı illərdəLaçın rayonundan olan məcburi köçkün Xanəli Verdiyevə məxsus “VAZ 21015” və “Mercedes-190” markalı avtomobillərin yandırılması faktı üzrə istintaq başa çatıb.

İstintaq zamanı hadisənin zərərçəkənin qohumu və qonşusu İkram Şükürov tərəfindən törədildiyi məlum olub. İ. Şükürovun 2015-ci ildə 3 qonşusu və qohumlarının evini talan etməsi faktları da aşkarlanıb.

Laçın rayon məhkəməsinin qərarı ilə İ. Şükürov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, məhkəmə “Mercedes” markalı avtomobilə dəyən ziyanın ödənilməsi barədə də qərar çıxarılıb.

İ. Şükürovun şair, 1 şer kitabının müəllifi olduğu bildirilir.

AzNews.az