Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub. Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub.

Nazir 31 yaşlı şəxsi prorektor təyin etdi

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib.

Qeyd edək ki, 31 yaşlı prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur.

O, bakalavriat təhsilini Qafqaz univeristetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib.

AzNews.az