12:45
(077) 610-22-33

Sərxoş sürücü polisə başı ilə zərbə vurdu - Bakıda

  • >
3 453 4 May 2017 15:57 | Cəmiyyət

Bakıda yol polisi əməkdaşına qarşı zor tədbiq edilib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Rəşad Şükürov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Vüqar Məmmədov tərəfindən saxlanılıb. R.Şükürov polis əməkdaşına qarşı zor tətbiq etməklə ona başı və ayağı ilə zərbə vuraraq hadisə yerindən qaçıb.

R.Şükürov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az

Bağla X