“Sünnət əməliyyatı müəyyən protokolla aparılmalıdır.” “Sünnət əməliyyatı müəyyən protokolla aparılmalıdır.”

Tibbi ekspert kənd həkimini tənqid etdi: “Ev şəraitində sünnət...”

“Sünnət əməliyyatı müəyyən protokolla aparılmalıdır.”

Bunu AzNews.az-a açıqlamasında tibbi ekspert Aqil Qeybulla sünnət əməliyyatı zamanı 5 yaşlı Kənan Hüseynovun ölüm faktına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sünnət əməliyyatının ev şəraitində aparılması yolverilməzdir:

“Xəstələr əməliyyatdan sonra problemlə qarşılaşmaması üçün protokol olmalıdır. Əməliyyat necə həyata keçirilməlidir? Sünnət olunacaq şəxs bütün müayinələrdən keçməlidir. Xəstədə allergiya varsa, ona qarşı dərmanlar vurulmalı və sonra əməliyyat aparılmalıdır.”

Aqil Qeybulla sünnət prosesi zamanı keyləşdirici iynələrdən istifadə olunduğunu vurğulayıb:

“Bunun növləri çoxdur. Amma rayon yerində cərrahlar adətən "novokain"dən istifadə edir. Novokain bir az şokagen təsirə malikdir. Onu xəstəyə vurmazdan əvvəl yaxınları ilə söhbət etmək lazımdır. Yəni, uşağın allergiyası olub-olmaması yoxlanılmalıdır.”

Bahar RÜSTƏMLİ

AzNews.az