13:40
(077) 610-22-33

Azərbaycanlı qadın Türkiyədə avtobus sürücüsünü bıçaqladı

  • >
2 421 4 May 2017 20:36 | Cəmiyyət

Türkiyənin Tekirdağ şəhərində azərbaycanlı qadın avtobus sürücüsünü bıçaqlayıb.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, Ferhan Yakın adlı sürücünün idarə etdiyi avtobusda yolçuluq edən sərnişin Mənsurə Əlizadə hələlik məlum olmayan səbəblərdən onunla mübahisə edib.

Mübahisə davaya dönüncə Mənsurə Əlizadə çantasında gəzdirdiyi bıçağı çıxararaq sürücünü sinəsindən vurub.

Hadisə bələdiyyə dayanacağında şahidlərin gözü qarşısında baş verib. Sürücünün yaralandığını görən digər sərnişinlər hadisə yerinə polis və təcili tibbi yardım çağıırıblar.

Yаrаlı sürücü xəstəxanaya, azərbaycanlı qadın isə polis bölməsinə aparılıb.

Top xəbərlər
Bağla X