Şabran rayonunda iki oğurluq faktının üstü açılıb. Şabran rayonunda iki oğurluq faktının üstü açılıb.

Qoyun və avtomobil oğruları saxlanıldı - Video

Şabran rayonunda iki oğurluq faktının üstü açılıb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Şabran rayon sakini Camal Həsənova məxsus təsərrüfatdan qoyun oğurlayan şəxs saxlanılıb.

37 yaşlı Şabran sakini Fizuli Ocaqov Camal Həsənova məxsus iki baş qoyunu oğurlayıb satıb. Üçüncü dəfə də eyni yerdən qoyun oğurlayan şəxsi Şabran Polisi yaxalayıb. Saxlanılan şəxs birinci oğurladığı qoyunu 250 manata, ikincini 200 manata satdığını etiraf edib. O, əvvələr də məhkumluq həyatı yaşayıb.

Digər əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini Hacıağa Qurbanova məxsus “VAZ 2106” markalı avtomobili oğurlamaqda təqsirli bilinən şəxslər tutulub. Zərərçəkən aprelin 28-dən 29-na keçən gecə evinin qarşısında saxladığı avtomobilinin oğurlanması haqqında polis şöbəsinə müraciət edib. Keçirilən əməliyyat axtarş tədbirləri nəticəsində hadisəni törədən rayon sakinləri 21 yaşlı Elməddin Rzayev və 26 yaşlı Səxavət Abdullayev saxlanılıb. Elməddin Rzayev hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.