Xaçmaz rayonunun Padar kəndi yaxınlığındakı meşədə at əti aşkarlanıb. Xaçmaz rayonunun Padar kəndi yaxınlığındakı meşədə at əti aşkarlanıb.

Başı kəsilmiş at cəsədi aşkarlanıb - Foto

Xaçmaz rayonunun Padar kəndi yaxınlığındakı meşədə at əti aşkarlanıb.

AzNews.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.

5 may 2017-ci il tarixində alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Xaçmaz rayonu Padar kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilib. Baxış zamanı meşə ərazisində qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, sümükdən ayrılan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 100 kq çəkisində at əti və 1 ədəd kəsilən atın başı aşkar olunub. İlkin araşdırma nəticəsində həmin heyvanın kənd sakini Padar kənd sakini Məmmədov İsmayıl Müzəffər oğlu tərəfindən kəsilməsi, ətin sümükdən ayrılması və həmin at ətinin Bakı şəhərində satılması məqsədi ilə hazırlandığı müəyyən edilib.

Aşkar edilmiş, sümükdən ayrılmış at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Xaçmaz rayonu Padar kənd sakini Məmmədov İsmayıl Müzəffər oğluna məxsus 100 kq çəkisində olan sümükdən ayrılmış at ətinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.

Bu son zamanlar Xaçmaz rayonunda aşkarlanan 2-ci belə hadisədir. Birinci hadisə ilə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılması məqsədi ilə müraciət olunub.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

AzNews.az

image description