14:17
(077) 610-22-33

Ermənistan Ramil Səfərovla bağlı şikayət vermək niyyətindədir

  • >
507 7 Fevral 2013 09:27 | Cəmiyyət

Ermənistan hökuməti rəsmi Bakının Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı qərarından şikayət vermək niyyətindədir. APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın ədliyyə naziri Qrayr Tovmasyan parlamentdə bildirib.


Onun sözlərinə görə, hazırda nazirlik bütün istiqamətlərdə genişmiqyaslı hazırlıq işləri aparır: "Bu işlərə təkcə nazirliyin əməkdaşları deyil, ekspertlər də cəlb olunub". Nazir deputatlara işin detalları barədə ətraflı məlumat verməyin məqsədəuyğun olmadığını vurğulayıb.

Qeyd edək ki, NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərov 2004-cü il fevralın 19-da kurslarda iştirak edən və mütəmadi olaraq onu təhqir edən erməni zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. 2012-ci il avqustun 31-də Ramil Səfərov Bakıya ekstradisiya olunub. Həmin gün Azərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb.

AzNews.az
Bağla X